
UFC təşkilatı yüngül çəki dərəcəsi üzrə idmançıların yenilənmiş reytinq siyahısını ictimaiyyətə təqdim edib.
Fanat.Az xəbər verir ki, açıqlanan yeni cədvəldə təmsilçimiz Rafael Fiziyevin də mövqeyi bəlli olub.
Azərbaycanlı döyüşçü yüngül çəkinin ən güclüləri arasında 13-cü pillədə qərarlaşıb. Reytinqin zirvəsində, yəni çempionluq taxtında Castin Geyci yer alıb.
Sonrakı üçlüyü müvafiq olaraq İliya Topuriya, Arman Tsarukyan və Çarlz Oliveyra bölüşürlər.
Yeni reytinq cədvəlində xüsusilə Peddi Pimblett və Tom Nolun yüksəlişi diqqət çəkdiyi halda, Benoit Sen-Deni və Den Huker kimi təcrübəli döyüşçülər geriləmə ilə üzləşiblər.
Kamil Xudiyev