UFC 249 çərçivəsində keçirilməli olan Həbib Nurməhəmmədov - Toni Ferqyuson döyüşünün koronavirus pandemiyası səbəbindən təxirə salınacağına dair xəbərlər yayılıb.
Fanat.Az xəbər verir ki, Həbib Nurməhəmmədov instaqram hesabı vasitəsilə məsələyə münasibət bildirib:
"İdman zalından kənarda baş verənləri anlamıram. Siz nə bilirsinizsə, mən də onu bilirəm, əlavə heç nə. Zaldayam və hazırlıqlarımı davam etdirirəm. Gələcəkdə nələrin baş verəcəyini heç kim bilmir".
Həbib - Ferqyuson döyüşü aprelin 18-də Nyu-Yorkda keçirilməlidi.
Fanat.Az