Həbib Nurməhəmmədov - Toni Ferqyuson (Khabib Nurmagomedov vs Tony Ferguson) döyüşü Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilə bilər.
Fanat.Az xəbər verir ki, yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun atası və məşqçisi Əbdülmanap Nurməhəmmədov bu barədə məlumat verib:
"Çox güman ki, döyüş Dubayda keçiriləcək. Əvvəla, orada hava istidi və xəstəliklə mübarizə aparmaq daha asandı. İkincisi, BƏƏ UFC döyüşləri üçün sürətli şəkildə ödəniş edir. Döyüşün Rusiyada keçirilməsi istisna olunmur".
18 apreldə Nyu-Yorkda keçirilməli olan Həbib - Ferqyuson döyüşünün məkanı koronavirus pandemiyası səbəbindən dəyişdiriləcək.
Fanat.Az