UFC prezidenti Deyna Uayt təşkilatın gələcək planlarından bəhs edib.
Fanat.Az xəbər verir ki, Uayt yeni bina inşa etdiklərini və may ayında orada döyüşlər keçiriləcəyini bildirib:
"Pandemiyanın turnirlərə zərər vurmasının qarşısını almaq üçün Las-Veqasda, UFC ofisinin yaxınlığında APEX binası inşa etmişik. Gələn ay və yaxın gələcəkdə orada keçirilən döyüşlər canlı yayımlanacaq".
APEX binasında artıq Uayta məxsus "Contender Series"in turniri keçirilib.
Qeyd edək ki, daha öncə UFC 249-un 9 mayda keçiriləcəyinə dair xəbərlər yayılmışdı.
Fanat.Az