Qarışıq döyüşlər sənətçisi, ağır çəki dərəcəsində UFC çempionu Frensis Nqannu 2013-cü ildə qeyri-qanuni şəkildə Avropaya daxil olmağa çalışarkən başına gələnlərdən danışıb.
Fanat.Az xəbər verir ki, kamerunlu idmançı "Instagram" hesabında yazıb:
"7 il əvvəl həbsdə iki ay keçirdikdən sonra İspaniya polisi bizi sərbəst buraxdı. Qeyri-qanuni şəkildə dəniz vasitəsilə Avropa torpaqlarına daxil olmağa çalışmışdıq. Sadəcə, xəyallarım var idi və onları reallaşdıracağıma inanırdım.
Bəzi insanlar sizə gec olduğunu, xəyallarınızın sizə uyğun olmadığını və bacarmayacağınızı deyəcəklər (halbuki öz həyatları heç də uğur nümunəsi deyil). Bu səslər hər tərəfdədi. Sizi xəyallarınızdan uzaqlaşmağa çağırırlar. Onların fikirlərinə qulaq asıb-asmamaq sizdən asılıdı. Unutmayın, ətrafınızdakı mənfiləri rədd edə, görməməzlikdən gələ və öz yolunuzdan davam edə bilərsiniz".
Fanat.Az