Orta ağır çəkidə UFC çempionu Con Cons iyulun 4-də - ABŞ-ın müstəqillik gününün bayram edildiyi tarixdə insan həyatı xilas etdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Twitter"də həmin şəxsin fotosunu paylaşan döyüşçü belə yazıb:
"Bu adamı parkın ortasında tapdıq. Halsız vəziyyətdə uzanmışdı. Ümid edirik ki, həyatını xilas edə bildik".
32 yaşlı Con Cons 2008-ci ildən MMA döyüşlərinə çıxır. Son görüşünü 2020-ci ilin fevralında keçirən oktaqon ulduzu Dominik Reyesi yenib.
Fanat.Az