Toni Ferqyuson Konor Makqreqor və Dastin Puaryeyə qarşı döyüşməyə hazır olduğunu bildirib.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, amerikalı idmançı son açıqlamasında bunları deyib:
"Onlar hər ikisi layiqli döyüşçülərdilər. Biz hamımız elit səviyyədəyik. Söhbət ən yaxşı beş döyüşçüdən gedir.
Kiminlə döyüşəcəyimin mənim üçün fərqi yoxdu. Konorla döyüşməyimi istəyirsinizsə, mənə Konoru verin. Yox, Puaryeni istəyirsə, yenə problem deyil. Həmçinin, mən Həbib - Qetji döyüşünün qalibi ilə də qarşılaşmağa hazıram".
Qeyd edək ki, Ferqyuson sonuncu döyüşünü UFC 249 çərçivəsində keçirib və texniki nokautla Castin Qetjiyə məğlub olub.
Fanat.Az