Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov Castin Qetji ilə döyüşə məşqçisi Xavyer Mendesin rəhbərliyi altında hazırlaşacağını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Həbib "Twitter" hesabındakı paylaşımında qeyd edib:
"Çətin hazırlıq dönəmi olacaq. Sentyabrda birlikdə olacağıq, məşqçi, sənin üçün darıxıram".
Qeyd edək ki, Həbib - Qetji döyüşü UFC 254 çərçivəsində oktyabrında 24-də keçiriləcək.
Fanat.Az