Amerikalı MMA döyüşçüsü Dastin Pourye iki çəki dərəcəsində sabiq UFC çempionu Konor Makqreqorla qarşılaşmağa razılıq verib.
Fanat.Az xəbər verir ki, bunu "UFC Arabia"ya açıqlamasında UFC prezidenti Dana Uayt deyib.
Uayt idmançıların döyüşəcəyi tarixi də açıqlayıb. Tərəflər bu ilin dekabr ayının 12-də üz-üzə gələcək.
Fanat.Az