
Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində finala yüksəlib.
Fanat.Az xəbər verir ki, sözügedən idmançı yarımfinalda İsrail təmsilçisi İtshak Aşpizi üstələyib.
Balabəy finalda yaponiyalı Ryuju Naqayama, Əhməd Yusifov (60 kq) isə üçüncü yer uğrunda Aşpizlə qarşılaşacaq. Yarımfinalda uduzan Nizami İmranov (66 kq) bürünc medal uğrunda yerli cüdoçu Yolk Kazırbyeklə üz-üzə gələcək.
Xatırladaq ki, "Böyük Dəbilqə" iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur. Ruslan Paşayev (66 kq), Şəfəq Həmidova (48 kq) və Gültac Məmmədəliyevanın (52 kq) mükafatçılar siyahısına düşə bilməyəcəkləri dəqiqləşib.
Toğrul