
Hazırda davam edən futbol üzrə dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Qətər seçməsini 6:0 hesabı ilə yenən Kanada yığmasının hücumçusu Conatan Devid dünya çempionatları tarixinə düşüb.
Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, sözügedən forvard buna darmadağınla qalib gəldikləri görüşdə het-trik edərək nail olub.
O, 1966-cı ildən bəri mundialda ev sahibi olan ölkənin millisinin heyətində het-trik edən ilk oyunçu ünvanına yiyələnib.
Bu, dünya çempionatları tarixində 6-cı belə haldır. Devid həmçinin 1930-cu ildə het-triklə yadda qalmış amerikalı Bert Patenodan sonra dünya çempionatı matçında bunu bacaran ilk KONKAKAF futbolçusudur.
Toğrul