
Azərbaycanın kişi və qadın voleybolçulardan ibarət milli komandaları bu gün Avropa Liqasında növbəti matçlarına çıxacaqlar.
Fanat.Az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu qadınlardan ibarət yığma "Gümüş Liqa"da İsrail ilə üz-üzə gələcək.
Şimali Makedoniyada keçirilən mərhələnin oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Boris Qrebennikovun çalışdırdığı kişilərdən ibarət komanda isə Macarıstan yığması ilə qarşılaşacaq. Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 18:00-da başlayacaq. Bu mərhələnin qarşılaşmaları Bakıda keçirilir.
Qeyd edək ki, qadınlardan ibarət yığma növbəti matçını sabah İsveçrəyə qarşı keçirəcək. Kişi voleybolçular isə iyunun 21-də Portuqaliya yığması ilə görüşəcək.