"Toni Ferqyusonun vaxtı keçib. O, oktaqona qayıtmağa hazırlaşır. Amma yenə kiməsə döyüləcək".
Fanat.Az xəbər verir ki, bunu ESPN-ə açıqlamasında yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov deyib.
Dağıstanlı idmançı fikrini belə əsaslandırıb:
"Toni əla döyüşçüdü. Ancaq axmaq oğlandı. Bilmirəm, niyə mənim haqqımda danışır. Bu ona nə verəcək ki? Castin Qetjiyə yenildiyi görüşdə çox ciddi xəsarətlər alıb. İfrat sayda zərbə "yemişdi". Belə zədələrdən sonra əvvəlki kimi olmaq mümkün deyil. İndi seçim qarşısındadı. "Döyüşçü adası"na düşmək itəyirsə, İslam Maxaçevlə üz-üzə gəlməyə razılaşmalıdı. İslamın 6 qələbəlik uğurlu seriyası var. İstəniləh halda, İslama da uduzacağını düşünürəm. Feryuson dönəmi bitib".
Fanat.Az