Amerikalı döyüşçü Toni Ferqyuson onu axmaq oğlan adlandıran və dövranının bitdiyini deyən UFC çempionu Həbib Nurməhəmmədova cavab verib.
Fanat.Az-ın məlumatına görə, o, "Twitter" hesabında belə yazıb:
"Tezliklə görüşərik, qanmaz. Özünü normal apara bilmirsən. Yəqin, nə danışdığını bilmədiyin üçün üzgünsən. Boğazın əlimdədi, cücə".
Xatırladaq ki, Nurməhəmmədov - Ferqyuson döyüşü 5 dəfə planlaşdırılıb və müxtəlif səbəblər üzündən baş tutmayıb.
Fanat.Az