Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov özünü peşəkar rinqdə çıxdığı 50 döyüşün hamısında qələbə qazanan boksçuyla - Floyd Meyvezerlə müqayisə edib.
Fanat.Az xəbər verir ki, "Yahoo Sports"a müsahibə verən dağıstanlı idmançı belə danışıb:
"30 döyüşdə 30 qələbə qazansam, bu, böyük rekord olacaq. Meyvezerin rekordu kimi... Tarixi nəticəyə imza tamağa yaxın olduğumu düşünürəm. Məncə, artıq tarixə düşmüşəm. Konor Makreqorla 2 il öncə keçirdiyim döyüşə 50 il sonra da baxacaqlar. Məhəmməd Əlinin Co Freyzerlə Manilada baş tutan duelinə baxdıqları kimi..."
Xatırladaq ki, məğlubiyyət tanımayan Nurməhəmmədov 28 döyüşdə eyni sayda qələbə qazanıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol