Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun məşqçisi Xavyer Mendes "Uşatayka" YouTube kanalına yeni müsahibə verib.
Fanat.Az-ın məlumatına görə, o, oktyabrın 24-də Əbu-Dabidəki "Döyüşçü adası"nda müvəqqəti çempion Castin Qetji ilə üz-üzə gələcək dağıstanlı idmançının çəki ilə bağlı probleminin olmadığını bildirib:
"Həbibin çəkisi əvvəlkinən azdı. Bu barədə hər şey qaydasındadı. Ən optimal çəkisi? Açığı, heç vaxt ondan neçə kiloqram olduğunu soruşmuram. Formada olduğunu sezmək o qədər də çətin deyil".
Fanat.Az