Yüngül çəkidə müvəqqəti UFC çempionu Castin Qetji liqanın çempionu Həbib Nurməhəmmədovla titul döyüşü ərəfəsində valideynlərindən danışıb.
Fanat.Az xəbər verir ki, o, UFC 254 turnirindən öncə qatıldığı mətbuat konfransında belə deyib:
"Bu gün valideynlərim də burdadı. Düzdü, döyüşdən əvvəl və duelin gedişində onlara yox, yalnız məşqçimə qulaq asacam. Amma demək istəyirəm ki, valideynlərim heç vaxt ölkədən kənara çıxmayıblar. Atam artıq təqaüdə çıxıb. Anam da daha işləməməlidi. Özü istəməsə belə, təqaüdə çıxmasını xahiş edəcəm. Çünki mənə xərclədikləri hər senti çətinliklə qazanıblar. Məşq etməyimə şərait yaradıblar. Onlara borcluyam, daha pul üçün əziyyət çəkmələrini istəmirəm".
Həbib - Qetji döyüşü oktyabrın 24-də Əbu-Dabidəki "Döyüşçü adası"nda keçiriləcək.
Fanat.Az