Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov Nijni Novqorodda gənc döyüşçülərlə görüş keçirib.
Fanat.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Xəbərə görə, gənc həmkarlarına məsləhətlər verən idmançı oxumaqğın zəruri olduğunu bildirib. "Təhsili unutmamaq lazımdır, çünki beyin əzələlərdən daha yaxşıdır”, - deyə o vurğulayıb.
"Siz küçədə, məktəbdə və ya hardasa döyüş bacarıqlarınızı tətbiq edə bilmirsiniz. Siz onları istisna hallarda özünümüdafiə, ailəni və ya kimisə qorumaq üçün tətbiq edə bilərsiniz", - Həbib Nurməhəmmədov əlavə edib.
Fanat.Az