Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Dana Uayt Dastin Puarye və Konor Makqreqor arasında keçirilən növbəti döyüşdən sonra mətbuat konfransında maraqlı açıqlamalar verib.
Fanat.Az xəbər verir ki, prezident rəqiblərin yenidən üz-üzə gələ biləcəyini qeyd edib.
"Dastin yüngül çəkidə kəmər uğrunda döyüşəcək. Sonra isə Makqreqor sağalanda, çox güman ki, biz revanş görüşü təşkil edəcəyik”, -deyə Uayt bildirib.
Xatırladaq ki, adıçəkilən döyüşçülər artıq üç dəfə rinqdə qarşılaşıblar. Onlardan ikisində Puarye qalib gəlib. Dünən gecə saatlarından baş tutan son döyüşdə isə Makqreqor ayağını sındıraraq, texniki nokautla məğlub olub.