Keçmiş müvəqqəti UFC çempionu amerikalı Toni Ferqyuson yüngül çəkidə turnirin keçmiş çempionu rusiyalı Həbib Nurməhəmmədovun yazdığı mesaja münasibət bildirib.
Fanat.Az xəbər verirki, daha əvvəl Həbib Toninin kobud sözlərinə cavab olaraq onu 2019-cu ildə UFC-də sonuncu qələbəsinin saxtalaşdıraraq qazanıldığını xatırladıb.
“Həyatın üçün qorxu hiss edərək hər şeyi pandemiyanın üstünə atdın. UFC 249-da ananın yanına qaçdın" - deyə Feryuson öz "Twitter" hesabında Həbibin həmin turnirdə onunla döyüşməkdən imtina etməsini xatırladıb.
Xatırladaq ki, Həbib yeni başlayan koronavirus pandemiyası fonunda UFC 249-da iştirak etməmək qərarına gəlmişdi