Çempionlar Liqasında III turun oyunlarına yekun vurulub. Fanat.Az xəbər verir ki, bu gecə "Qarabağ"ın yer aldığı qrupda daha bir oyun baş tutub.
İlk iki turda maksimum nəticə qazanmış "Çelsi" aktivində 4 xalı olan "Roma"nı qəbul edib. 6 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib - 3:0. "Çelsi"də Eden Hazard dubl edib, David Luis bir qola imza atıb. "Roma"nın heyətində isə Edin Dzeko iki, Aleksandar Kalarov bir qol vurub.
Qeyd edək ki, qrupun digər oyununda "Qarabağ"la "Atletiko" "sülh" bağlayıb - 0:0.
Fanat.Az