"Qalatasaray" heyətində təmizliyə hazırlaşır. Fanat.Az xəbər verir ki, baş məşqçi İqor Tüdorun oynatmadığı 8 futbolçu qışda komandanı tərk edəcək.
Məlumata görə, Hakan Balta, Umut Gündoğan, Endoğan Adili, Nigel de Yonq, Eray İşçan, Rayan Donk, Koray Günter və Yasin Öztekin komandadan kənarlaşdırılacaq.
Hakan Balta və Nigel de Yonq heyətdən kənarlaşdırılıb. Umut Gündoğan və Endoğan Adili "Qalatasaray"ın U-21 komandası ilə oyunlara çıxır. Eray İşçan, Rayan Donk, Koray Günter və Yasin Öztekin komandadan kənarlaşdırılmasa da, heyətə düşə bilmirlər. Endoğan Adilinin müqaviləsi 2019-cu ildə, qalanlarının anlaşması mövsümün sonunda başa çatır.
Fanat.Az