Misli Premyer Liqasının 31-ci turunda "Kəpəz"in qonağı olacaq "Sabah" dörd futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib:
"Maruan Hadudi cəzalı olduğu üçün "Kəpəz"ə qarşı oynamayacaq. Kristian Sebalyos, Vinsent Till və Jarl Marqarita isə zədə səbəbindən matçı kənardan izləyəcəklər".
Qeyd edək ki, "Kəpəz" - "Sabah" qarşılaşması aprelin 21-də Tovuz şəhər stadionunda keçiriləcək. Oyunun start fiti 16:30-da səslənəcək.
Nihat