"Səbail" klubu yeni baş məşqçisini açıqlayıb.
Fanat.Az paytaxt təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, "dənizçilər" Mahmud Qurbanova tapşırılıb.
49 yaşlı mütəxəssis bu postda mayın 23-də istefaya göndərilmiş Aftandil Hacıyevi əvəzləyib.
Qeyd edək ki, Mahmud Qurbanov son olaraq "Neftçi"nin əvəzedici komandasına rəhbərlik edib.