"Real Madrid"in və Fransa millisinin hücumçusu Kərim Benzemanın agenti Kərim Caziri müştərisinin DÇ-2022-nin 1/8 finalında oynamağa hazır olduğu halda, düşərgədən göndərildiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, o, belə danışıb:
"Benzemanın müayinələrinin nəticələrini üç mütəxəssisə göstərərk onlarla məsləhətləşdim. Hər biri Kərimin 1/8 final qarşılaşmasında meydana çıxmağa, ən azı ehtiyat oyunçular skamyasında əyləşməyə hazır olduğunu söylədilər. Belədə, sən onun komandanı tezliklə tərk etməsini niyə istədin, Deşam?"
Xatırladaq ki, DÇ-2022 ərəfəsində yığmanın sıralarında zədələnən Benzema baş məşqçi Didye Deşamın istəyi ilə düşərgədən ayrılmaq məcburiyyətində qalıb. Daha öncə sonadək mundiala qaytarılmayan Əlcəzair əsilli ulduzun Uqo Lyoris və Antuan Qrizmann kimi futbolçuların da xüsusi canfəşanlığı sayəsində Fransa seçməsindən uzaqlaşdırıldığı barədə müxtəlif məlumatlar yayılıb.
Nihat