17:33 03.11.2023 294

Milli Paralimpiya Komitəsinin prezidenti yığma üzvləri ilə görüşdü

Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev Azərbaycanın para-taekvondo yığmasının üzvləri ilə görüşüb.

Fanat.Az xəbər verir ki, baş məşqçi Fərid Tağızadə, məşqçi Yaşar Səfərov, milli üzvləri İmaməddin Xəlilov, Sabir Zeynalov, Röyalə Fətəliyeva, Amin Şıxəliyev, Orxan Cəfərov və kapitan Əbülfəz Abuzərlinin iştirak etdiyi görüşdə komitə prezidenti dünya, Avropa çempionatlarının və Qran-pri yarışının uğurlu keçdiyini bildirib.

Abdullayev Avropa və dünya çempionatından qızıl medalla qayıdan İmaməddin Xəlilov və Əbülfəz Abuzərlini xüsusilə təbrik edib, komandanın hazırkı fiziki və psixoloji vəziyyəti ilə maraqlanıb.

Baş məşqçi Fərid Tağızadə yarışların gərgin mübarizə şəraitində keçdiyini, buna baxmayaraq, komandanın əsas məqsədə nail olduğunu qeyd edib. Əsas hədəfin Paris-2024 XVII Yay Paralimpiya Oyunları olduğunu deyən mütəxəssis komanda üzvlərinin növbəti yarışa yüksək motivasiya ilə hazırlaşdıqlarını bildirib.

Görüş zamanı qarşıdakı turnirlərə hazırlıqla bağlı danışılıb və Komitə rəhbərliyi tərəfindən müvafiq göstərişlər verilib.

Qeyd edək ki, avqustda Niderlandın Rotterdam şəhərində keçirilən Avropa çempionatını parataekvondo komandamız 2 qızıl, 1 gümüş, 2 bürünc, sentyabrda baş tutan dünya çempionatını isə 1 qızıl, 1 bürünc medal ilə başa vurub.

Parataekvondoçular 29 noyabr – 3 dekabr tarixlərində İngiltərənin Mançester şəhərində keçiriləcək Qran-pri turnirinin final mərhələsində iştirak edəcəklər.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 May 2024
14:19

Messinin ilk müqavilə vərəqi hərraca çıxarıldı - İnanılmaz məbləğ

14:00

Türk ulduz İstanbul nəhəngindən ayrılacaq

13:39

"Barselona"nın ulduzuna inanılmaz tələbat - 30 klubdan təklif göndərildi

13:20

KL: Fiorentina"nın rəqibi kim olacaq? - YENİLƏNİR

13:06

Kroos yalnız Ronaldudan geri qalır

13:06

Kroos yalnız Ronaldudan geri qalır

12:48

Ançelotti Ferqyussonun rekordunu təzələdi

12:29

"Real"a qarşı heç vaxt belə səhv etməzlər" - Tuxel hakimi qınadı

12:11

"Qalatasaray"ın ulduzu qərarını verdi - SON DURUM

11:52

Modriçdən emosional paylaşım - FOTO

11:33

Ançelotti "Bayern" üzərində qələbəni belə qeyd etdi - VİDEO

11:04

PFL-dən daha bir anlaşma - Şəhid övladları üçün Yay düşərgəsi təşkil olunacaq

10:51

"Ümid" Vüqar Nadirovun komandasını finala buraxmaq istəmir: "Tam hazırıq"

10:30

İstanbul nəhəngi nigeriyalı forvardla güclənir

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqasında finalçılar müəyyənləşir - YENİLƏNİR

09:00

"Real" - "Bayern" matçının ən yaxşısı bilindi

00:46

ÇL-in finalında "Real"la "Borussiya" qarşılaşacaq 

08 May 2024
23:50

Medina "Qarabağ"la müqavilə yeniləyib? - AÇIQLAMA

22:40

KL: "Fiorentina" finalda!

21:21

Virts "Real"a nə vaxt keçəcək?

21:00

Samir Nəsri əfsanəvi almanın bu planının üstünü açdı

19:35

Serb futbolçu "Yuventus"u tərk edəcək, İtaliyanı yox

18:44

İngiltərə nəhənginin yeni baş məşqçisi bilindi - Rəsmi qərar bu tarixdə açıqlanacaq

17:55

“Borussiya”nın kapitanı olduğum üçün çox fəxr edirəm" - Emre Can

17:37

"Çelsi" forvardını satışa çıxardı

17:16

"Biz yalnız Kroosa yox, mütəşəkkil komandaya qarşı oynayacağıq" - Tomas Tuxel

16:54

"Almaniyaya tez gəlsəydim, Musalanı İngiltərə millisində oynamağa razı salardım" - Harri Keyn

16:23

PFL ilə "YAŞAT" Fondu arasında memorandum imzalandı

16:14

İstanbul nəhəngi "Çelsi" ilə anlaşdı - SON DURUM

15:55

Azarkeşlər Palmeri seçdilər

15:36

Rüfət Quliyevi əvəzləyəcək şəxs bilindi  

15:17

"Barselona"da fikir ayrılığı: Laporta və Deku Xavi ilə razılaşmadılar

14:58

"Qorxmuruq, kimə qarşı oynadığımızın fərqindəyik" - Manuel Noyer

14:40

Bölgə klubunda radikal dəyişiklik - Əsgər Abdullayev də gedir

14:21

DİN və DTX əməkdaşları AFFA-da

14:05

"Qapıya 31 zərbə endirsək də..." - Enrikedən emosional məğlubiyyət şərhi

13:48

Futzal turnirinin qalibi bilindi

13:31

"Nə deyəcəyimi bilmirəm" - Vitinya

13:14

Almaniya futbolu tarixində Hummels kimisi olmamışdı

Facebookdan bizi izləməyi unutmayın.
X