16:25 28.03.2023 1317

Onların işi susmaqdır, siz danışın

Milli AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçirdiyi ilk iki oyunda biabırçı nəticələrlə yadda qaldı. Başqa sözlə, Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzan Canni de Byazinin komandası darmadağınları bərbad futbolla haqq etdi. Mövcud reallığa nəzərən vəziyyət sözün əsl mənasında, acınacaqlıdır. Ancaq vəziyyətdən çıxış yolu olmadığını düşünmək absurddur. 

Məsələyə uzun müddət şans qazanmasına rəğmən, işinin öhdəsindən gələ bilməyən italiyalı baş məşqçi və bacarıqsız oyunçular prizmasından yanaşmaq gülünc alınar. Bəli, De Byazi təmsil etdiyi ölkənin belə desək, 3-cü növ məşqçilərindən biridir və onun real potensialı bundan artığına imkan vermir. Oyunçulara gəlincə, millidəkilərin böyük əksəriyyəti Avropa standartlarından çox geri qalan futbolçulardır. Zəif məşqçinin rəhbərliyi altında ardıcılı iki darmadağın alan komandanın rəzalətinin əsas səbəbi AFFA-nın səriştəsiz futbol siyasətidir.

Özü yoxdur, sözü var

AFFA dedikdə, şübhəsiz, assosiasiyanın binası yox, "şüşəli saray"ın futbol başbilənləri nəzərdə tutulur. Qurumun iş strukturu ölkə futbolu ilə yaxından maraqlananlara çoxdan bəllidir... Özülü AFFA-da 10 ildən çox baş katib, ardından icraçı vitse-prezident vəzifələrində işləmiş Elxan Məmmədov dönəmində atılan yanlış strategiya hələ də qüvvədədir.

Məmmədov indi FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsində çalışsa da, yəni özü AFFA-dan cismən uzaqlaşsa da, izi, sözü və gözü "şüşəli saray"dadır. Fakt budur ki, onun tapıb bəyəndiyi, yığmaya "caladığı" De Byazi ilə müqavilə uzadılıb və assosiasiya hələ də əcnəbi sevdasından əl çəkməyib. Eləcə də digər yaş qrupları üzrə yığmalarda nəzərəçarpacaq islahatlar aparılmayıb. Assosiasiyanın öz strukturuna, vəzifə bölgüsünə və kadrlara gəlincə, müəyyən kosmetik dəyişikliklər fonunda hər şey Məmmədov dönəmində olduğu kimidir. Görünən budur ki, radikal islahatlar öncə AFFA-nın srtukturunda aparılmalı, lazımsız komitələr ləğv edilməli, xərclənən milyonlar fonunda ölkə futbolunu bu günə salan bacarıqsızlardan haqq-hesab sorulmalıdır. "Bizdə futbol olmayıb, yoxdur və olmayacaq" düşüncəsini ictimaiyyətin beyninə yeridənlərin məramı bəllidir: narazılıqları sığortalamaq, rəzalətin əsl səbəbini ört-basdır etmək və bu yolla dar məqamda sudan quru çıxmaq. Bəlli, futbolun olması üçün onu düzgün istiqamətdə inkişaf etdirmək lazımdırsa və bu məsuliyyəti çiyinlərinə götürən AFFA məmurları işinin öhdəsindən gələ bilmirsə, əlavə şərhə əlyeri qalmır.

Media və fanatlarla iş bitmir

İki oyuna 9 top buraxan seçmənin fiaskosundan sonra üsyan edənlər gücün yox, ədalətin yanında olan media mənsubları və sıravi azarkeşlərdir. Mətbuatı, sosial şəbəkələri izləsək, "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanovdan başqa öz düşüncələrini, etirazlarını dilə gətirmək istəyən tapılmır. Yalnız idman jurnalistlərinin yazdığı tənqidi məqalələrlə Azərbaycan yığmasının ağ günə çıxması mümkündürmü? Əsla! Ağır məğlubiyyətlərə öyrəşdirilmiş azarkeşlər necə, AFFA məmurlarının vəzifəsindən sui-istifadə etməsinin, iş görə bilmədiyi halda, assosiasiyada əyləşməsinin qarşısını ala bilərmi? Təbii ki, yox. Bütün futbol ictimaiyyəti eyni hədəfə vurmalı, ölkə futbolu bir qrup şəxsin cəngindən xilas edilməlidir. 

Onların işi susmaqdır

Dünya praktikasına nəzər yetirsək, bir ölkənin yığmasında baş verən rəzalətə qarşı öncə yerli futbol adamları çıxır, qorxunc gərdişə "dur" deməyin yolları göstərilir. Təəssüf ki, Azərbaycan futbolunda bu yöndə vəziyyət çox fərqlidir. "Köhnə sexin istehsalları" təyini ilə xarakterizə edilənlərin əksəriyyəti heç nəyə yaramayan Məşqçilər Komitəsində susdurulubsa, klublarda çalışanlar da hərəsi bir səbəbdən etiraz etmək istəmir. Əlbəttə, bu gün AFFA-ya bağlı adamlardan - Vaqif Sadıqovdan, Ağasəlim Mircavadovdan, Maşallah Əhmədovdan, İsgəndər Cavadovdan və bu qəbildən olan başqalarından cəsarət ummaq dəryada balıq sevdasıdır. Bir qədər obrazlı yanaşsaq, hara üzdüyü bilinməyən gəminin sərnişinləri gəmidən dənizə atılmaq qorxusunun fərqindədir və belələri üçün ölkə futbolunun sabahı maraqlı deyil. Birini AFFA nümayəndəsi kimi getdiyi çempionat oyunlarından alacağı qonorar düşündürür, digərini maaş. İşsiz mütəxəssislərin çoxu isə bir açıqlama ilə assosiasiya bosslarının qəzəbinə tuş gələcəyindən və işsizlik müddətinin uzanacağından qorxur.

Siz danışın

Yuxarıda qeyd etdiyimiz kimi, AFFA-da Məmmədovdanqalma idarəçilik sisteminin ləğv olunması, quruma "yeni nəfəs" gətirilməsi əsas şərtdir. Ölkədə işini həvəslə görən, məqsədi futbolun inkişafında müəyyən rol oynamaq olan mütəxəssislər də az deyil. Yaxşı, Qurban Qurbanov, Rəşad Sadıqov, Ayxan Abbasov, Samir Abasov necə, sonunda işıq görünməyən tunelə salınmış millinin vəziyyətinə münasibət bildirirmi? 

"Qarabağ"ın baş məşqçisi Qurbanovla hazırda "Zirə"ni çalışdıran Sadıqovun AFFA-dan necə ayrıldığını, bu mütəxəssislərin əsas və digər millilərlə əlaqələrinin planlaşdırılmış şəkildə necə kəsildiyini bilirik. O vaxtdan bəri nə millinin rəmzi sayılan sabiq kapitan seçmədə baş verənlərlə bağlı mövqeyini ortaya qoyur, nə də Ağdam komandasının "sükanı arxası"nda çox şeyi sübut etmiş Qurban bəy. Qurbanovla Sadıqovun bu barədə heç nə deməməsinin özü də bir etiraz üsuludur, ancaq məsələnin digər tərəfi olduğunu da unutmamalıyıq. Futbol ictimaiyyətinin inandığı, güvəndiyi, bacarığına və şəxsiyyətinə hörmət etdiyi adlar Azərbaycan futbolun gələcəyi naminə susmamalıdır. Düzdür, futbolda məşqçi etikası anlayışı da mövcuddur, amma söhbət qlobal problemin çözülməsindən, millinin qaranlıqdan aydınlığa çıxmaq perspektivindən gedirsə, sözügedən şəxslər yaxasını qırağa çəkməməlidir.

Siz də danışın. Siz danışmalısınız ki, "yuxarılar" səsinizi daha tez eşitsin. 

Fanat.Az 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

11 May 2024
14:22

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu yarımfinala yüksəldi

14:01

"Panathinaikos" Fateh Terimi göndərib bu türk məşqçini gətirir

13:32

Ozan Can mövsümü qolla başa vurdu

13:00

Həbib Nurməhəmmədovun 300 milyon borcu üzə çıxdı

12:25

Polşalı hakim AÇ-nin açılış oyunundan uzaqlaşdırıldı - ÇL-dəki səhvə görə

11:56

"Böyük Dəbilqə": Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə qoşulacaq

11:22

İcraiyyə Komitəsinin iclasının vaxtı və gündəliyi bilindi

11:09

Konfrans Liqasının finalı Macarıstanda keçirilə bilər - SON DURUM 

10:45

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:21

"Real" üçün bu oyunda çempionluq dəhlizi açılacaq, amma... 

09:56

Azərbaycan taekvondoçusu AÇ-də bürünc medal qazandı

09:30

MPL: "Araz-Naxçıvan" "Turan Tovuz"a qarşı, Zirədə "final məşqi" - YENİLƏNİR 

09:00

Mbappe PSJ-dən gedişini şəxsən elan etdi

10 May 2024
22:10

“İlk qoldan sonra “Neftçi”yə layiq tərzdə oynadıq”

21:45

Adil Şükürov "Neftçi"yə məğlubiyyəti şərh etdi

20:52

MPL: "Neftçi" "Kəpəz"ə rəhm etmədi 

20:28

"Amma bu, "Real"dır axı" - Tyerri Anri

19:42

"Real Madrid" Çempionlar Liqasını qazansa, "Borussiya"ya pul ödəyəcək

19:25

Mate Kvirkviya mükafatlandırıldı

19:00

"Barselona" bu iki oyunçu arasında seçim edəcək

18:20

Mourinyu peşmandır: "Belə fürsət olsa, qaçırmayacam"

17:50

Niderlandlı vinger Fransa nəhənginə qayıtmaq istəmir

17:31

"Çelsi" Osimhenin transferindən imtina etdi - SON DURUM

17:10

Elvin Avropa çempionu oldu

16:51

"Təəssüf ki, avtoqol bizi cəzalandırdı" - Leandro Paredes

16:33

Lunyov Rusiya mətbuatına açıqlama verdi - "Hər şeyin öz vaxtı var"

16:15

"Finalda onlara azarkeşlik edəcəm" -  Yürgen Klopp

15:58

"Təəccübləndiyimi deyə bilmərəm, amma..." - Andrey Lunyov

15:39

Rəşad Sadıqov 3 futbolçusunu "Qarabağ"a qarşı oynada bilməyəcək

15:21

AFFA Budaq Nəsirovu diskvalifikasiya etdi

15:04

"Böyük Dəbilqə": Azərbaycanın dörd cüdoçusu "bürünc" görüşünə çıxacaq

14:48

"Mənim uşaqlarım trebli haqq edirlər" - Xabi Alonso

14:31

ÇL: Yeni mövsüm üçün format və oyun cədvəli bilindi

14:10

“Kəpəz” növbəti 10 ev oyununu azarkeşsiz keçirəcək

13:56

"Bayer Leverkuzen" "bitdi" demədən bitməz - İnanılmaz statistika

13:39

"Real"ın sabiq ulduzları yenidən bir komandada - SON DURUM

13:20

"Sabah" önəmli matça 4 itki ilə çıxacaq - AÇIQLAMA

13:02

İlin ən yaxşı oyunçusu adına namizədlər bilindi - SİYAHI

12:45

Avropanın ən yaxşı məşqçisi kim olacaq? - Namizədlər açılqandı

12:28

"Kəpəz" "Neftçi"yə qarşı "yarımcan" heyətlə oynayacaq - AÇIQLAMA

Facebookdan bizi izləməyi unutmayın.
X