"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçından - səfərdə 3:2 hesabı ilə məğlub etdikləri PSJ-yə evdə uduzduqları qarşılaşmadan (1:4) danışıb.
Fanat.Az "Football Espana"ya stinadən xəbər verir ki, Almaniya yığmasının türk futbolçusu oyunun 64-cü dəqiqəsində rəqibin cərimə meydançasında yerdə qaldığı epizod barədə fikirlərini bölüşüb:
"Hakim penalti təyin etməli idi. Mən heç vaxt toxunuş olmadan yıxılmıram. Hər şey göz qabağındadır".
Xatırladaq ki, İlkay Paris təmsilçisinin futbolçusu Vitinya ilə təmasdan sonra yerdə qalsa da, referi ona sarı vərəqə göstərmişdi.
Nihat