"Atletiko"nun uruqvaylı stopperi Dieqo Qodin evlənib.
Fanat.Az xəbər verir ki, ulduz futbolçu sevgilisi Sofiya Herrera ilə ailə həyatı qurub.
Uruqvayda gerçəkləşən toya Qodinin "Atletiko"dakı komanda yoldaşları Antoine Qrizmann, Koke, Xuanfran və Ximenezlə yanaşı, "Fənərbaxça"nın sabiq üzvü Dieqo Luqano ilə "Barselona"nın ulduzu Luis Suarez də qatılıb.
Cütlük toyda onlara verilən bütün hədiyyələri isə Montevideodakı Pereyra Rosell adlı xəstəxanaya bağışlayıb.
Fanat.Az