Bosniya və Herseqovina millisi 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin pley-off mərhələsinin oyunları üçün heyətini açıqlayıb.
Fanat.Az xəbər verir ki, qurumun rəsmi saytında yer alan dəvətlilər siyahısında Rusiya Premyer Liqasının dörd təmsilçisi də yer alıb.
Söhbət Renato Qoykoviç, İvan Basiç (hər ikisi "Orenburq"), Amar Raxmanoviç ("Krılya Sovetov") və Səid Hamuliçdən (“Lokomotiv”) gedir.
Bosniya və Herseqovina martın 21-də Ukrayna millisi ilə AÇ-2024-ün pley-off mərhələsinin yarımfinal matçını keçirəcək. Final təsnifat oyunları martın 26-na təyin edilib.