
Rusiya Premyer Liqasının (RPL) 6-cı turunda "Rostov"u 1:0 hesabı ilə məğlub edən "Krasnodar" rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, "Sabah"ın sabiq baş məşqçisi Murad Musayevin rəhbərlik etdiyi kollektiv "Ozon Arena"da rəqib qapısına yol taparaq ardıcıl 26-cı çempionat oyununda topu tora qovuşdurmağı bacarıb.
Daha öncə Rusiyada heç bir kollektiv ölkənin elit birinciliyində ardıcıl 26 oyunda fərqlənməyib. Öncəki rekord 25 qarşılaşmada meydanı qolsuz tərk etməyən "Zenit"ə məxsus idi. Krasnodar təmsilçisi sonuncu dəfə Premyer Liqada ötən ilin sentyabrında fərqlənə bilməmişdilər. "Rostov"a qarşı keçirilən həmin matç 0:0 hesabı ilə yekunlaşmışdı.
Qeyd edək ki, 6 oyuna 18 xal toplayan "Krasnodar" turnir cədvəlinin 1-ci pilləsində mövqe tutub.
Toğrul