
Misli Premyer Liqasında 3-cü tur davam edir.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutacaq.
Öncə əzəli rəqiblər - "Kəpəz" və "Turan Tovuz" qarşılaşacaqlar. Gəncə şəhər stadionunda keçiriləcək oyunu Kamal Umudlu idarə edəcək.
Günün digər oyunu "Zirə" ilə "Neftçi" arasında olacaq. Turun mərkəzi qarşılaşmasında ədaləti Elçin Məsiyev qoruyacaq..
Daha əvvəl keçirilən “Qəbələ” – “Şamaxı” matçı qolsuz bitib, “Şəfa” “İmişli”yə yenilib – 0:1. “Araz-Naxçıvan” – “Sabah” və “Sumqayıt” – “Qarabağ” oyunları sabah keçiriləcək.
Misli Premyer Liqası
3-cü tur
30 avqust
“Kəpəz” – “Turan Tovuz” 0:0 (fasilə)
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov
VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Gəncə şəhər stadionu, 18:00
“Zirə” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə İK stadionu, 20:15