
3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının Yaponiyada keçirilən Takasaki mərhələsində mübarizəni dayandırıb.
Fanat.Az-ın məlumatına görə, Bakı klubu yarımfinalda Kanada millisi ilə qarşılaşıb.
Oyun rəqibin 12:22 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komanda daha əvvəl 1/4 finalda Tailand millisini 19:12 hesabı ilə məğlub etmişdi.
Toğrul