
İspaniya nəhəngi akademiya və gənclər heyətini gücləndirmək istiqamətində növbəti addımını ataraq transferi rəsmiləşdirib.
Fanat.Az xəbər verir ki, "Real Madrid" klubu "Rasinq Santander"dən Serxio Martinesin transferini həyata keçirib.
Transferin Madrid təmsilçisinə ümumilikdə 3 milyon avroya başa gəldiyi vurğulanır.
Gənc futbolçunun tezliklə tibbi yoxlanışdan keçərək rəsmi müqaviləyə imza atacağı gözlənilir.