
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri Fidan Cəfərova və Vüsalə Hacıyevanın yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, hər iki oyunçu Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən "Liman"la müqavilə imzalayıb.
Sözügedən futbolçularla sazişin müddəti 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, ötən mövsüm Cəfərova Türkiyənin "Hakkarigücü" klubunda keçirib. Hacıyeva isə bu ölkənin "Yüksekova" kollektivində oynayıb.