
Gəncə şəhər stadionu UEFA tərəfindən 4-cü kateqoriyalı arena statusuna layiq görülüb.
Fanat.Az AFFA-ya istinadən məlumatına görə, iki il ərzində aparılan ardıcıl və məqsədyönlü işlərin nəticəsi olaraq arena beynəlxalq tələblərə tam cavab verib.
Yeni kateqoriya Gəncə şəhər stadionuna milli komandaların oyunlarına, eləcə də UEFA-nın klub turnirləri çərçivəsində yüksək səviyyəli qarşılaşmalara ev sahibliyi etmək imkanı yaradır.