Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann yığmanın Avropa çempionatı üçün heyəti barədə danışıb.
Fanat.Az xəbər verir ki, jurnalist Patrik Berger bu barədə təcrübəli mütəxəssisdən açıqlama alıb:
“Hamı formada olsa, o zaman yayda heyətdə böyük dəyişikliklər etməyəcəyik. Nə 10, nə də 5 dəyişiklik nəzərdə tutulmur. Ola bilsin ki, cəmi 1-2 oyunçunu kiminləsə əvəz edərik. Hazırda bizimlə olmayanlar olanlardan daha yaxşı olmalıdırlar ki, bu dəyişiklik reallaşsın”.
Qeyd edək ki, AÇ-2024 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.