AÇ-2020-nin 1/8 final mərhələsində baş tutan Niderland - Çexiya oyununun ən yaxşı futbolçusu bəlli olub.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Çexiya yığmasının sağ cinah müdafiəçisi Tomaş Holeş görüşün ən yaxşısı olub.
Praqa "Slaviya”sının şərəfini qoruyan 28 yaşlı futbolçu həm hesabı açıb, həm də ikinci qolun ötürməsini verib.
Qeyd edək ki, Niderland - Çexiya matçı 0:2 hesabıyla başa çatıb. 1/4 finala yüksələn çexlər Bakı Olimpiya Stadionunda Danimarka yığmasıyla qarşılaşacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol