
“Mançester Siti” keçmiş futbolçusu Xulian Alvaresin transferi üçün “Atletiko Madrid”lə danışıqlara başlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı “Marca” yayıb.
Xəbərə görə, İngiltərə təmsilçisi argentinalı hücumçunu icarə əsasında heyətinə qatmaq niyyətindədir.
Lakin “şəhərlilər” bu məsələdə “Arsenal”ın qarşılaşdığı problemlə üzləşib. Belə ki, 26 yaşlı forvard karyerasını İngiltərədə davam etdirmək istəmir.
Bundan əlavə, “Atletiko Madrid” Alvaresin transferindən minimum 150 milyon avro gəlir əldə etmək istəyir.
Xulian Alvarez 2022-2024-cü illər ərzində “Mançester Siti”də çıxış edib.
Əlisahib İbrahimli