Portuqaliya millisinin lideri Kriştianu Ronaldu AVRO-2020-nin 1/8 final matçında Belçikaya uduzandan sonra (0:1) əsəblərini cilovlaya bilməyib.
Fanat.Az xəbər verir ki, superulduz kapitan sarğısını yerə çırpıb.
"7 nömrə" bu görüşdə rəqib qapısına yol tapacağı halda, milli formada ən çox qol vuran oyunçuya çevriləcək, dünya rekordunu yeniləyəcəkdi. Hazırda onun hesabında 109 qol var. Ronaldu bu göstəricidə İran yığmasının sabiq hücumçusu Əli Daeiyə şərikdir.
Atilla

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol