Ukrayna millisinin yarımmüdafiəçisi Ruslan Malinovski AVRO-2020-nin 1/4 finalında üz-üzə gələcəkləri İngiltərə ilə oyundan danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" onun söylədiklərini belə çatdırıb:
"Təzyiq bizim yox, İngiltərə yığmasının üzərindədir. İsveçlə matçdan dərs çıxarmışıq. İndi özümüzə daha çox inanırıq.
İngiltərə ilə görüşdə səhv etməməliyik. Ancaq bu da var ki, artıq favoriti olmadığımız oyunda qələbə qazana bilıdiyimizi sübut etmişik. Favorit olmamaq xoşumuza gəlir. 1/4 finalda qarşılaşacağımız rəqib ulduzlar toplusudur. Güclü hücum xətti var. Məsələn, Harri Keyn çox yaxşı oyunçudur. İngilislərin Avropa çempionatındakı bombardirindən - Rahim Sterlinqdən də ehtiyatlanmaq lazımdır. İngilislər bu matçı "Uembli"də keçirməyəcəklər. Deməli, əsas üstünlüklərindən birini itiriblər. Məncə, bu məqam onlara çətinlik yaradacaq. Uğurun ən sadə formulu ələ düşən imkanlardan maksimum yararlanmaqdır. İndi bizim üçün hər oyun finala bərabərdir".
Atilla