İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt AVRO-2020-nin 1/4 final mərhələsi çərçivəsində Ukrayn yığmasına qarşı keçirəcəkləri oyundan danışıb.
Fanat.Az xəbər verir ki, britaniyalıların çalışdırıcısı "Sky Sports" belə çatdırıb:
"Bizim üçün fantastik çağırışdır. Hə, "Uembli"ni tərk edib isti iqlimi olan İtaliyaya - Romaya yollanmalıyıq. Tribunalarda ingilis azarkeşlərin sayı çox az olacaq. Ümumiyyətlə, məkana görə bu oyunu çox azarkeşin izləməyəcəyini düşünürəm.
Bizim futbolçular Almaniya yığmasının üzvlərinin çoxunu şəxsən tanıyırdı. Ukraynanı isə qısa müddət ərzində təhlil etməliyik. İki-üç futbolçuları İngiltərə Premyer Liqasında və Bundesliqada çıxış edir. Bu fakta baxanda bizə elə gəlir ki, yalnız meydana çıxmaq yarımfinala yüksəlmək üçün kifayətdir. Əslində isə oyuna düzgün yanaşmalıyıq".
Atilla