AVRO-2020-nin 1/4 final mərhələsi çərçivəsində keçirilmiş İsveçrə - İspaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İspaniya yığmasının 24 yaşlı qapıçısı Unai Simon bu görüşün ən yaxşısı seçilib.
İsveçrə - İspaniya matçının əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan ispanlar 3:1 hesabıyla qalib gəliblər və ilk yarımfinalçı olublar. Bu qələbədə məhz Simonun qurtarışları da vacib rol oynayıb.