AVRO-2020-nin 1/4 finalı çərçivəsində baş tutan Belçika - İtaliya matçının 79-cu dəqiqəsində zədələnən Leonardo Spinatsolanın durumuna aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, meydanı göz yaşları içində, xərəkdə tərk edən sol cinah müdafiəçisi 4 ay yaşıl meydanlardan kənarda qalacaq.
"Sky Sport Italia" heç bir təmas olmadığı halda, qaçarkən ayağı burxulan oyunçunun topuğundan ciddi xəsarət aldığını bildirib.
Atilla

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol