AVRO-2020-nin 1/4 final mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən Çexiya - Danimarka matçında qol vuran Patrik Şik rekorda şərik olub.
Fanat.Az xəbər verir ki, hazırda davam edən matçın 49-cu dəqiqəsində Danimarkanın qapısına yol tapan Şik bu qitə birinciliyində 5-ci qolunu vuraraq Çexiya yığmasının sabiq hücumçusu Milan Baroşa çatıb.
Bunadək Baroş Avropa çempionatlarında ölkəsinin ən çox qol vuran oyunçusu idi.
Qeyd edək ki, hazırda ikinci yarısı oynanılan görüşdə Danimarka 2:1 hesabıyla qalib gəlir.
Atilla