AVRO-2020-nin 1/4 final mərhələsi çərçivəsində keçirilmiş Ukrayna - İngiltərə matçının (0:4) ən yaxşı futbolçusu müəyyənləşib.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə yığmasının 27 yaşlı hücumçusu Harri Keyn oyunun ulduzu elan edilib.
Keyn komandasının böyük hesablı qələbəsinə dublla töhfə verib.
Qeyd edək ki, İngiltərə yarımfinalda Danimarka ilə üz-üzə gələcək.