UEFA ingilis azarkeşlərinin intizamsızlığına görə onlara qarşı distiplinar iş açıb.
Hadisə "Uembli"də Danimarka və İngiltərə komandalarının arasında keçirilən AVRO-2020-nin yarımfinal qarşılaşması zamanı baş verib. Oyunun əsas vaxtı komandalar hərəyə bir qol vuraraq heç-heçəlik nəticə ilə əlavə olunmuş vaxtda öz güclərini sınayıblar.
Mübahisəli bir epizodda hakim skandinavların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Penalti zərbəsini İngiltərə yığmasının mərkəz hücumçusu Harri Keyn qeyri dəqiq yerinə yetirir, lakin qapıçıdan qayıdan topu adı çəkilən futbolçu da tordan keçirir. Elə həmin penalti zərbəsi zamanı tribunadakı azarkeşlərdən biri qapıçı Şmeyxelin gözünə lazer göstəricisindən işıq vuraraq onun diqqətini yayındırmağa cəhd edib.
Fanat.Az UEFA-nın mətbuat xidmətinə istinadən bildirir ki, təşkilat nümayəndələri ingilislərə qarşı distiplinar iş açıblar və Şmeyxellə baş verən hadisəni, habelə Danimarka himninin səsləndirilməsi zamanı fanatların qeyri-etik davranışlarını və pirotexnikadan istifadə etdiklərini araşdırırlar.
Emin Şəmsiyev