"Olimpiadada ən yaxşı idmançılarımız mübarizə aparacaq, onların hər birinə uğurlar arzulayıram".
Fanat.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin rəsmi "facebook" səhifəsinə açıqlamasında stend atıcılığı üzrə Olimpiya çempionu Zemfira Məftahətdinova deyib.
Beynəlxalq arenalardakı uğurlarımızı xatırladan Sidney Olimpiadasının qalibi, olimpiyaçılarımızın Tokioda da xalqımızı, Prezidentimizi sevindirəcəyinə inamını ifadə edib.
Olimpiya çempionumuz Yaponiya paytaxtında ölkəmizi təmsil edəcək stend atıcısı Emin Cəfərovla da bağlı danışıb: "Mən də Sidneyə "vayld kard"la getmişdim. Emin Cəfərov da Olimpiadaya bu şəkildə qatılacaq. Çətin yarışda ona uğurlar arzulayıram".