Stend atıcılığı üzrə italiyalı dünya çempionu Kristian Gilli bədbəxt hadisə nəticəsində ölüb.
Fanat.Az xəbər verir ki, faciəvi olay ov vaxtı baş verib. Dostları ilə Piza yaxınlığında ov edərkən Gilli yerə tökülən patronları götürmək üçün əyilib. Bu zaman o, əlindəki silahdan təsadüfən qarnına atəş açıb. 19 yaşlı Gilli xəstəxanaya aparılsa da, əməliyyat zamanı dünyasını dəyişib.
Qeyd edək ki, Kristian Gilli 2021-ci ildə Perunun paytaxtı Limada keçirilən gənclər arasında dünya çempionatında komanda və qarışıq yarışlarda dünya çempionu olub.