UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin oyunları start götürüb0.
Fanat.Az xəbər verir ki, ilk gündə 2 görüş baş tutub.
“Panevejis” Litvada “Makkabi” (Təl-Əviv, İsrail), “Petrokub” isə Moldovada TNS-lə (Uels) üz-üzə gəlib. Qarşılaşmalardan biri meydan sahiblərinin, digəri qonaqların qələbəsiylə yekunlaşıb.
Qeyd edək ki, Çempionlar Liqasında "Qarabağ" - "Ludoqorets" cütünün məğlubu AL-də “Petrokub” (Moldova) – TNS cütünün qalibi ilə qarşılaşacaq.
Qalan oyunlar avqustun 8-də keçiriləcək.
UEFA Avropa Liqası
3-cü təsnifat mərhələsi, ilk oyunlar
6 avqust
“Panevejis” (Litva) – “Makkabi” (Təl-Əviv, İsrail) 1:2
“Petrokub” (Moldova) – TNS (Uels) 1:0